Gəncə və Göygöldə baş vermiş kütləvi zəhərlənmənin ilkin nəticələri açıqlanıb

21/08/2024 - 14:40

Bir neçə gün əvvəl Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində (“Araz”, “Xanlar Yurdu”, “Ağ Ayı”) baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. Bildirilib ki, hadisələrin qida zəhərlənməsi ilə bağlı olmadığı məlum olub: "Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56