Gömrük Komitəsində yüksək vəzifəyə təyinat

27/12/2022 - 15:19

Dövlət Gömrük Komitəsində yeni təyinat olub. Bizim.Media-nın əldə etdiyi məlumata görə, Orxan Nuriyev Dövlət Gömrük Komitəsində Əməliyyat İstintaq Baş İdarəsinə rəis təyin olunub.

Qeyd edək ki, Orxan Nuriyev bundan əvvəl Səbail rayon prokurorunun müavini işləyib.

Bundan başqa, o, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində idarə rəisi vəzifəsində çalışıb.