Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı
27/08/2024 - 11:03
“AzPolitika” Unikal-a istinadən xəbər verir ki, DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu vəzifəsindən azad edilib. Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi. Xatırladaq ki, dünən Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının korrupsiya cinayətləri ilə əlaqədar həbs edilməsi barədə məlumat yayıb.