Gülyaz Məmmədova ayrılmasından danışdı

02/03/2024 - 16:32

Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" verilişində həyat yoldaşından ayrılmasından danışıb. O bildirib ki, 28 ildir təkdir. 

G.Məmmədova aparıcı Zaur Baxşəliyevin bu haqda suallarına belə cavab verib:

"1996-cı ildən təkəm. Sual vermə, o günləri yada salma. İşimlə, dərslərimlə, tamaşalarımla məşğulam. Anamgil yanımda oldular. Gərək ailə bir yumruq kimi birləşsin. Biz də indi Gülyanağın (Xalq artisti Gülyanaq Məmmədova - red.) yanındayıq. Dörd övlad böyüdür. Alın yazımız, taleyimizdir".

Qeyd edək ki, G.Məmmədovanın bir oğul övladı var.  

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49