“Gürcü arzusu” 55,3% səslə seçkilərdə liderdir - YENİLƏNİB

27/10/2024 - 05:26

Hakim “Gürcü arzusu” partiyası 55,3% səslə seçkilərdə liderdir. APA xəbər verir ki, bu haqda Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.  Məlumatda seçki məntəqələrinin 54%-dən çoxunun məlumatlarının əl ilə sayıldığı bildirilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu” 55,327%, “Dəyişiklik Koalisiyası” 10,529%, “Birlik – Milli Hərəkat” partiyası 9,755%, “Güclü Gürcüstan” 8,527%, “Gürcüstan üçün Qaxariya” 7,45% səs toplayıb.

***

21:36

Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticəsini açıqlayıb. APA-nın Tbilisi müxbiri xəbər verir ki, 2137 seçki məntəqəsində səslərin sayılmasından sonra hakim partiya səslərin 52,943%-ni əldə edib. MSK-nın məlumatına görə, ümumilikdə 5 partiya 5 faizlik seçki bariyerini keçib. “Dəyişiklik üçün Koalisiya” 11,197%, əsas müxalifət partiyası “Vahid Milli Hərəkat” 9,797%, “Güclü Gürcüstan” 9,056%, “Qaxariya Gürcüstan üçün” 8,264% səs toplayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15