Gürcüstan hakimiyyəti regionda nüvə silahının tətbiqi ilə bağlı hazırlıq görür – RƏSMİ AÇIQLAMA

20/10/2023 - 12:59

“Gürcüstan hakimiyyəti regionda nüvə müharibəsi baş verəcəyi ehtimalına qarşı müfəssəl plan hazırlayıb”.

Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili bildirib.

“Mövcud çağırışlar nüvə silahının istifadəsini istisna etmir. Mən ölkəmizi yox, bütövlükdə regionu nəzərdə tuturam”, - deyə Liluaşvili bildirib. Onun sözlərinə görə, hazırlanmış planda Gürcüstanın hər bir departamenti üçün fəaliyyət ssenariləri nəzərdə tutulub.

Xüsusilə, Səhiyyə Nazirliyi əhaliyə paylanacaq dərmanların siyahısını artıq tərtib edib, zərərçəkənlərə təcili tibbi yardımın alqoritmini təyin edib. "Biz son COVID-19 pandemiyası zamanı belə işlərdə böyük təcrübə qazandıq", - Liluaşvili qeyd edib.

Eyni zamanda o, bomba sığınacaqlarının bəzilərinin istifadəyə yararsız ola biləcəyini də etiraf edib. Liluaşvilinin sözlərinə görə, mövcud təhlükə ilə əlaqədar Gürcüstan “həm ölkə daxilində, həm də xaricdə mülayim, praqmatik siyasət yürütməlidir”.

Bu arada, Rusiya Dövlət Duması bu addımın səbəbi kimi sənədi “uzun illərdir” ratifikasiya etməyən ABŞ-ın “dağıdıcı mövqeyini” əsas gətirərək, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi (CTBT) ratifikasiyasını geri götürüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ