Gürcüstanda sabitliyi pozma cəhdlərini görürük

28/10/2024 - 15:09

Rusiya Gürcüstanda sabitliyi pozmaq cəhdlərini görür. Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Bu, ictimaiyyətə də açıqlanır. Respublikada sabitliyi pozmağa cəhdlər edilir”, - o bildirib. Peskov qeyd edib ki, Gürcüstanda keçirilən parlament seçkilərinə Rusiyanın heç bir müdaxiləsi olmayıb, bu cür ittihamlar əsassızdır, Moskva onları rədd edir: “Bu cür ittihamları qətiyyətlə rədd edirik. Bilirsiniz, onlar artıq bir çox ölkə üçün standart xarakter daşıyır: nəsə olan kimi dərhal Rusiyanı müdaxilədə ittiham edirlər. Amma bu, doğru deyil. Heç bir müdaxilə olmayıb və ittiham tamamilə əsassızdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15