Harris dəvəti qəbul etdi, Tramp da razılıq verəcək
21/09/2024 - 22:45
ABŞ-ın vitse-prezidenti Kamala Harris oktyabrın 23-də respublikaçı Donald Trampla debatların ikinci raundunun keçirilməsi təklifini qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Harrisin kampaniyasının sədri açıqlamasında bildirib. "Vitse-prezident Harris Donald Trampla səhnəni bölüşmək üçün daha bir fürsətə hazırdır və CNN-in oktyabrın 23-də debatda iştirak etmək dəvətini qəbul edir. Donald Trampın bu debatda iştiraka razılıq verməklə heç bir problemi olmamalıdır", - o qeyd edib.