“Heç olmasa bir dəfə Putinin adını çək, İrakli!” – KİNZİNGER “GÜRCÜ ARZUSU”NUN SƏDRİNƏ MÜRACİƏT ETDİ

24/12/2022 - 21:57

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin Ukrayna və Moldova prezidentlərinin Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili ilə bağlı bəyanatlarını sərt şəkildə tənqid etməsinə ABŞ konqresmeni Adam Kinzinger reaksiya verib.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

“Heç olmasa bir dəfə Putinin adını çək, İrakli! Sən sənin ölkəni işğal edən, insanları öldürən və hələ də işğal altında saxlayan adamı tanıyırsan?! Sənin əsl düşmənini…” - Kinzinger yazır.

Saakaşvili cəzasını çəkməlidir\" - Kobaxidze

Məlumat üçün bildirək ki, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Ukrayna prezidentləri Vladimir Zelenski və Moldova prezidenti Maya Sandunun Mixail Saakaşvilini müalicə üçün xaricə göndərmək çağırışına cavab verib.

Kobaxidze deyib ki, Zelenskinin bəyanatını ciddi qəbul etmək olmaz.

“Çünki onun hökuməti Saakaşvilinin Gürcüstana göndərilməsində iştirak edib.

Sanduya gəldikdə, səhv etmirəmsə, Moldovanın 6-cı prezidenti həbsdədir, qoy onun qayğısına qalsın”, - Kobaxidze bildirib.

Qafqaz.media