“Hər birinizə ayrı-ayrılıqda cavab veriləcək” - SEPAH YENƏ HƏDƏLƏDİ...

29/12/2022 - 12:34

İran İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Ramazan Şərif ölkə xaricində fəaliyyət göstərən farsdilli medianı təhdid edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, SEPAH-ın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi xarici ölkələrdə İranla bağlı fəaliyyət göstərən media orqanlarını düşmən adlandırıb. O iddia edib ki, media iranlıların düşüncə tərzlərini dəyişməyə və mənfi təsir yaratmağa çalışır.

Şərif xaricdəki mediaya nəzarət etdiklərini də vurğulayıb və onların hər birinə ayrı-ayrılıqda cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, bir neçə gün öncə SEPAH-ın Qüds korpusunun komandanı İsmail Qaani də xaricdə fəaliyyət göstərən medianı hədələyib.

“Bizə qarşı media fəaliyyəti göstərənlər bir gün ağır zərbə alacaqlar”, - deyə Qaani təhdid edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ