HƏRMƏYLİK GÜNÜ İLƏ BAĞLI ELÇİBƏYİN MƏZARI ZİYARƏT EDİLDİ - Fotolar

30/12/2022 - 17:48

Bu gün Azərbaycan Bütövlük Platforması və Milliyyətçi Hərəkatçılar Birliyinin rəhbər orqanları 31 dekabr Həmrəylik Günü ilə bağlı Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Qafqaz.media xəbər verir ki, tədbiri açıq elan edən ABP sədri Bəhram İsmayıl Milli Həmrəylik Günü münasibəti ilə tədbir iştirakçılarını salamlayıb və Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib.

MHB İdarə Heyətinin üzvü Qorxmaz İbrahim “sərhəd hərəkatı”nın mühüm əhəmiyyətindən danışıb.

Tədbirdə iştirak edən hərəkat öncülləri Ellada Məmmədli, Fərəc Yusifbəyli, Həbib Güneyli, Siyavuş Mustafa və digərləri “sərhəd hərəkatı”nın Azərbaycanın özgürlüyü və bütövləşməsi yolundakı əhəmiyyətindən və bu hərəkata liderlik edən Əbülfəz Elçibəyin danılmaz rolundan danışıblar.

Törən xatirə fotorafının çəkilməsi ilə başa çatıb.

Qafqaz.media