İlon Mask “Twitter”-dəki yenilikləri açıqladı
11/12/2022 - 19:45
Amerikalı iş adamı və “Twitter” sosil şəbəkəsinin sahibi İlon Mask paylaşımlardakı simvolların sayını 280-dən 4 minə çatdıracağını açıqlayıb.
Qafqaz.media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə istifadəçinin sualını cavablandırarkən yazıb.
"Bəli" deyən Mask, “Twitter”-in simvolların sayını 4000-ə çatdıracağını təsdiqləyib.
Bundan əvvəl iş adamı yaxın vaxtlarda “Twitter”-in uzun illər ərzində dərc olunmayan və ya istifadə olunmayan 1,5 milyard hesabı siləcəyini açıqlamışdı. O, həmçinin “Twitter” istifadəçilərinin sayının il yarım ərzində bir milyarda çatacağını gözləyir.
Qafqaz.media