İmişlidə avtomobil piyadanı vuraraq öldürüb

04/07/2024 - 10:05

İmişlidə 43 yaşlı kişini maşın vuraraq öldürüb. APA xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi istiqamətində qeydə alınıb. “Toyota Corolla” yolu piyada keçən 1981-ci il təvəllüdlü, İmişli rayon sakini Şükürov Elburs Adəm oğlunu vuraraq öldürüb. Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ