İndoneziya sahilində güclü zəlzələ olub
10/09/2024 - 07:22
İndoneziya sahilində 5,4 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 680 min olan Heneral-Santos şəhərindən 262 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 72 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.