İRAN GENERALI QƏZZADAKI TUNELLƏR HAQDA DANIŞDI - “Bir ucu İsrail ərazisində, digəri isə Qəzza zolağındadır”

30/10/2023 - 13:26

Qəzza zolağının altındakı tunellərin ölçüləri onlardan motosikletlərin və hətta avtomobillərin keçməsinə imkan verir və Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən yalnız anklavın şimalında inşa edilən yeraltı keçidlərin uzunluğu 400 km-ə çatır. TASS xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib.

“Təkcə Qəzzanın şimalında Fələstin müqavimətinin üzvləri (HƏMAS-ı nəzərdə tutur - red.) 400 km-dən çox yeraltı tunel tikiblər və bəzən motosikletlər və hətta avtomobillər də bu tunellərdən keçir”, - deyə “Tasnim” agentliyi onun sözlərini sitat gətirib: “Bu keçidlərin bir ucu İsrail ərazisində, digəri isə Qəzza zolağındadır”.

“Fələstin döyüşçüləri İsrailin quru əməliyyatına hazırdır və biz son bir neçə gündə düşmənin məğlubiyyətinin nəticələrini gördük. Qəzzada internet işə düşən kimi biz yandırılmış İsrail tanklarının və ölən əsgərlərin fotoşəkillərini görə biləcəyik”, - Baqiri əlavə edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ