İran Prezidenti Türkiyəyə yanvarın əvvəlində səfər edə bilər
26/12/2023 - 10:29
İran Prezidenti İbrahim Rəisi Türkiyəyə yanvarın 4-də səfər edə bilər.
APA xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri yazıb.
Nəşrin sözlərinə görə, hər hansı gözlənilməz hadisə baş verməsə, İran liderinin Türkiyə səfəri 4 yanvarda baş tutacaq.
Səfər çərçivəsində təşkil ediləcək görüşlərdə əsas müzakirə predmeti terrorla mübarizə tədbirləri olacaq.