İranda zəlzələ baş verdi

21/07/2024 - 07:50

İranın şərqində Əfqanıstanla sərhəd yaxınlığında 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 196 min nəfər əhalisi olan Bircənd şəhərindən 131 km şimal-şərqdə, episentri 35 km dərinlikdə yerləşir. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15