İrandakı səfirliyimizə hücum edən terrorçunun fotosu yayıldı
Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçunun fotosu yayılıb
Qafqaz.media xəbər verir ki, fotonu Türkiyənin “Haber Global” televiziyası yayıb.
Lakin onun ad-soyadı açıqlanmayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.