İsrail ordusu Dəməşqin cənubunu raket atəşinə tutub

10/11/2024 - 22:10

Noyabrın 10-da Suriyanın paytaxtı Dəməşqin cənubundakı Seyyidə Zeynəb ərazisində partlayışlar baş verib. APA xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) monitorinq mərkəzi İsrailin növbəti dəfə bölgəyə hücum etdiyini açıqlayıb. Bölgədəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində azı 6 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ