İrəvanda ölkənin KTMT-dən çıxması tələbi ilə aksiya keçirilir - VİDEO

23/11/2022 - 14:01

Xəbər verdiyimiz kimi bu gün Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısı keçirilir.

İclaslarda təşkilata üzv dövlətlərin rəhbərləri, xarici işlər və müdafiə nazirləri, təhlükəsizlik şuralarının katibləri iştirak edəcəklər.

Hazırda Azadlıq meydanında ölkənin KTMT-dən çıxması tələbi ilə etiraz aksiyası keçirilir. Vətəndaşlar “Biz tələb edirik ki, Ermənistan Respublikası öz hökuməti vasitəsilə KTMT-dən çıxmağa təşəbbüs göstərsin” kimi çağırışlar səsləndiriblər.

Diqqət çəkən məqamlardan biri də etirazçıların ABŞ, Ukrayna və Avropa İttifaqı bayraqları qaldırmasıdır.

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti öz işinə başlayıb. Ermənistan 2022-ci ilin yanvarından KTMT-nin sədridir və indi estafet Belarusa verilir.

Azvision.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02