İSRAİL İRANIN HƏRBİ BAZALARINI BOMBALADI - Bir neçə bölgədəki hədəflərə raket zərbələri endirilib (VİDEO)

26/10/2024 - 10:49

Bu gün, oktyabrın 26-da səhər saatlarında İsrail İrandakı hədəflərə silsilə hava zərbələri endirib. "AzPolitika" Qərb mediasına istinadla xəbər verir ki, bu zərbələrin İran və müttəfiqlərinin İsrailə qarşı bir ildən artıqdır davam edən hücumlarına cavab olduğu vurğulanır. Qeyd olunur ki, İsrail təyyarələri İranın İsrailə hücum etmək üçün istifadə etdiyi raket istehsalı obyektlərinə, eləcə də yer-hava raket sistemlərinə və digər hava hədəflərinə hücum edib. İsrail ordusunun sözçüsü Daniel Hagari bir neçə saat sonra hücumun başa çatdığını açıqlayıb: "Biz İrandakı hərbi obyektlərə hədəfli və dəqiq zərbələr endirib, İsrail dövlətinə qarşı təcili təhdidlərin qarşısını aldıq".  O, xəbərdarlıq edib ki, İran cavab verərsə, İsrail yenidən reaksiya verəcək. İranın “Tasnim” agentliyi diplomatik mənbəyə istinadən yazır ki, İran İsrailin təcavüzünə cavab verməyə hazırdır. İranın Hava Hücumundan Müdafiə Agentliyi İsrailin Tehran, Xuzistan və İlam əyalətlərindəki hərbi obyektləri vurduğunu təsdiqləyib. Onlardan bəzilərinə ziyan dəyib, hazırda zərərin həcmi dəqiqləşdirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, İsfahan, Rəzəvi Xorasan və Kürdüstan bölgələrindəki hədəflər də hava hücumlarına məruz qalıb. Oktyabrın 1-də İranın kütləvi hücumuna cavab olaraq İsrailin hava zərbələri iki ölkə arasında genişmiqyaslı müharibəyə səbəb ola bilər. İsrailin cavabı ilə bağlı ilkin müzakirələr zamanı ABŞ-ın İsraili İranın nüvə və neft istehsalı obyektlərini bombalamamağa çağırdığı bildirilir.

 

 

 

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15