İsrail ölən hərbçilərinin sayını açıqladı – İKİNCİ LİVAN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLARIN SAYINDAN ÇOXDUR
28/10/2023 - 13:46
Oktyabrın 28-i şənbə gecəsi keçirilən əməliyyat zamanı İsrail Müdafiə Qüvvələrinin iki əsgəri həlak olub. HƏMAS-a qarşı müharibə başlayandan bəri isə ümumilikdə 311 İsrail əsgəri həlak olub.
Bu barədə İsrail ordusunun sözçüsü Daniel Həqari brifinqdə bildirib.
İsrail ordusunun itkilərinin ümumi sayı 2006-cı ildə baş verən İkinci Livan Müharibəsindəki itkilərdən çoxdur.
Xatırladaq ki, İsrail ordusu 1973-cü il Yom Kippur müharibəsi zamanı bütün tarixində ən böyük itki verib - 2656 nəfər.