İsrailin Livana zərbələr endirdiyi bir həftə ərzində 240 min insan Suriyaya qaçıb
02/10/2024 - 05:06
İsrailin Livanda “Hizbullah” hərəkatına qarşı əməliyyat başlatmasından sonra təxminən 240 min Suriya və Livan vətəndaşı Suriyaya qaçıb. APA xəbər verir ki, bu barədə Livan Fövqəladə Hallara Cavab Mərkəzinin hesabatında deyilir. Livan hökuməti qaçqınlara kömək üçün BMT agentliklərinə və dost ölkələrə müraciət edib.