İsrailin “Sevgi” ansamblının Bakıda konserti olub - FOTOLAR

21/11/2022 - 17:12

Azərbaycan Milli Konservatoriyasında Zəfər və Bayraq günləri münasibətilə İsrailin “Sevgi” ansamblının konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə baş tutan tədbirdə Birinci və İkinci Qarabağ savaşının qaziləri, şəhid ailələrinin üzvləri, Azərbaycan diasporunun və yerli musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsert öncəsi çıxış edən Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Melix Yevdayev ölkələrimiz arasında mövcud olan dostluqdan danışıb və qeyd edib ki,  yəhudiləri azərbaycanlılardan ayırmaq mümkün deyil: “Biz bütün dövrlərdə birlikdə olduq. Bunun ən bariz nümunəsi Birinci və İkinci Qarabağ savaşı oldu. Biz sinaqoqda daima təvəqqe edirik ki, "dəmir yumruq" həmişə düşməni əzsin. Biz nəinki dostlaşmışıq, qardaşlaşmışıq, biz artıq birik”, - deyə M.Yevdayev söyləyib.

“Sevgi” ansamblının bədii rəhbəri Salman Rabaev iki ölkənin musiqisinin bənzərliyindən söz açıb. Bildirib ki, hər zaman Azərbaycan muğamlarının, musiqisinin İsraildə, İsrail musiqisinin isə Azərbaycanda təbliğ olunmasına çalışıb. “Azərbaycan bizim doğma vətənimizdir. Mən çox istərdim ki, Türkiyə ilə olan münasibətlərimiz də öz həllini tapsın. Üç ölkə həmişə birgə addımlayaq”, - deyə S.Rabaev bildirib.

Sonra İsrail və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı nümayiş etdirilib. Konsert zamanı Azərbaycanın əməkdar artisti Firuzə İbadova ilə Salman Rabaevin dueti də təqdim olunub.

Bir 5 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

Bir 1 nəfər və içəridə şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və içəridə şəkili ola bilər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

"Yeni ulduz" qayıda bilər?
30/09/2024 - 10:54
Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49