İsveçrə Rusiyanın 7,5 milyardlıq aktivlərini dondurdu – ƏLAVƏ OLARAQ 15 MÜLK MÜSADİRƏ OLUNUB

01/12/2022 - 14:48

İsveçrə Rusiyanın 7,5 milyard İsveçrə frankı (təxminən 7,95 milyard dollar) həcmində aktivlərini dondurub.

Qafqaz.media xəbər verir ki, bu barədə cümə axşamı, dekabrın 1-də ölkənin İqtisadiyyatı üzrə Dövlət Katibliyi (SECO) məlumat yayıb.

“3 iyul 2022-ci il tarixinə Rusiya vətəndaşlarının və ya fiziki və hüquqi şəxslərin İqtisadiyyat üzrə Dövlət Katibliyinə bəyan edilmiş əmanətlərinin məbləği 46,1 milyard frank təşkil edib. 25 noyabr 2022-ci il tarixinə İsveçrədə dondurulmuş aktivlər 7,5 milyard franka çatıb”, - SECO qeyd edib.

Bundan əlavə, altı İsveçrə kantonunda 15 mülk bloklanıb.

Qafqaz.media