İtaliyanın keçmiş baş naziri Ursula fon der Leyeni əvəz edəcək?

08/12/2023 - 12:49

Fransa prezidenti Emmanuel Makron Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri və İtaliyanın keçmiş baş naziri Mario Draqini Avropa Komissiyasının (AK) rəhbəri vəzifəsinə təklif edib. Bu barədə dekabrın 8-də “La Repubblica” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Fransa liderinin fikrincə, Ukrayna münaqişəsinin nəticələri, “Donald Trampı beynəlxalq arenaya qaytara və bununla da Avropanı yenidən təcrid edə biləcək” Amerika seçkiləri və digər məsələlər kimi çağırışlara qarşı durmaq üçün əsas məqsədə güvənmək lazımdır. Qəzet əlavə edir ki, Mario Draqin kifayət qədər nüfuza malik şəxsdir.

Bundan əlavə, “La Repubblica” qeyd edir ki, Almaniya da belə bir təklifi dəstəkləyəcək, çünki AK rəhbəri Ursula fon der Leyen gələn il NATO-ya rəhbərlik edə bilər. “Bu namizədlik Avropa siyasi ailələri arasında münasibətlərə yenidən baxılmasını tələb edəcək”, qəzet vurğulayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33