“Kiyev 2023-cü ildə Rusiya üzərində qələbəyə və Krımın geri qaytarılacağına ümid edir” - UKRAYNA PREZİDENT APARATI

25/12/2022 - 10:26

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, 2023-cü il Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə üçün dönüş nöqtəsi olacaq və Kiyev qalib gələcək. Qafqaz.media xəbər verir ki, o, bu barədə “The Guardian”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, Rusiya ilə münaqişə başa çatdıqdan sonra Krım Ukraynanın nəzarətinə keçəcək və Kiyevin mütləq qələbəsi yarımadanın geri qaytarılmasını nəzərdə tutur.

Nəşr onu da qeyd edir ki, ABŞ prezident administrasiyası Ukrayna prezidenti Vladimir Zelenskinin hazırda Krımın Ukrayna tərəfinə qaytarılması təklifini dəstəkləməyib. Analitiklərin fikrincə, bu, Ukrayna Silahlı Qüvvələri üçün çətin əməliyyat olar.

Qafqaz.media