Kolumbiyada silahlı qruplaşmalar arasında münaqişədə 12 nəfər öldürülüb
Kolumbiyanın qərbində bir neçə silahlı qrupun silahlandığı ərazidə on iki nəfər ölü tapılıb. "Report" xəbər verir ki, bu barədə üsyançıların, yaraqlıların və narkotik alverçilərinin olduğu zonalarda vəziyyətin monitorinqi ilə məşğul olan "Indepaz" qeyri-hökumət təşkilatı məlumat yayıb. "Lopez-de-Mikay bələdiyyəsinin Kauka departamentindəki kənd yerlərində beş qadın və yeddi kişinin ölümü ilə nəticələnən hadisə baş verdi", - təşkilat bildirib. Kolumbiya Silahlı Qüvvələrinin məlumatına görə, söhbət İvan Mordiskonun rəhbərlik etdiyi, dağılmış "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri" üsyançı təşkilatının üzvləri tərəfindən yaradılan silahlı qrupun üzvləri arasındakı münaqişədən gedir.