Konqresmenlər Zelenskinin ABŞ-da hərbi zavoda səfərinin araşdırılmasını tələb edib

25/09/2024 - 06:22

Bir qrup ABŞ konqresmeni Ukrayna prezidenti Vladimir Zelenskinin Pensilvaniyadakı sursat zavoduna səfərinin araşdırılmasını tələb edib. APA xəbər verir ki, “RİA Novosti” bu barədə ABŞ Konqresinin 9 üzvünün məktubuna istinadən xəbər verib. ABŞ Ədliyyə Nazirliyinin baş müfəttişinə məktub yazan siyasətçilər Zelenskinin Pensilvaniyaya səfəri nəticəsində ABŞ qanunlarının mümkün pozulması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Müraciət müəllifləri həmçinin qeyd ediblər ki, Ukrayna prezidentinin səfəri siyasi motivli ola bilər. Xüsusilə, prezident seçkiləri ərəfəsində onu Pensilvaniya ştatının qubernatoru Coş Şapironun da daxil olduğu yüksək rütbəli Demokrat məmurların müşayiət etməsi yerli qanunların pozulması ola bilər. Bundan əlavə, Zelenski çox güman ki, Pensilvaniyaya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 hərbi təyyarəsi ilə gəlib və onun təhlükəsizliyi Məxfi Xidmət tərəfindən təmin edilib. Şikayətçi konqresmenlər bütün bunların ABŞ-ın siyasi məqsədlər üçün xərclənən vergi ödəyicilərinin vəsaitləri hesabına ödənildiyini qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ