KTMT Azərbaycanla sərhədə missiya göndərir
![](/sites/default/files/styles/slide/public/2022-11/kt.jpeg?itok=aQVo87cG)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana yardım tədbirləri haqqında qərar layihəsi hazırlayıb.
Bu barədə KTMT-nin baş katibi Stanislav Zas İrəvanda təşkilata üzv ölkələrin xarici işlər və müdafiə nazirləri, eləcə də Təhlükəsizlik Şurası baş katiblərinin birgə iclasında deyib.
Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etdiyini deyən Zas, qeyd edib ki, İrəvana yardım layihəsi tərəflərin rəy və təklifləri əsasında tərtib olunub.
“Bura KTMT-nin monitorinq missiyası da aiddir”, - baş katib bildirib.
Qeyd edək ki, bu gün İrəvanda liderlərin iştirakı ilə KTMT-nin sammiti keçirilir. Ermənistana yardım layihəsi də sammitdə müzakirə olunacaq./publika.az