KTMT-nin Baş katibi dəyişdi
23/11/2022 - 17:32
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi dəyişib.
Qafqaz.media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan təşkilata üzv dövlətlərin İrəvanda keçirilən sammitində deyib.
O bildirib ki, Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurub:
“Bundan sonra baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”.