Küləkli hava nə vaxta kimi davam edəcək?

03/01/2024 - 18:39

“​Bu gün saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur”. 

 

Bu barədə Axşam.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

Onun  sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/saniyə, Şamaxı, Qobustan, Naftalan, Altağacda isə 18 m/saniyə təşkil edib: 

“Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,6 metrdir. 

Hazırda Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR 6, aran rayonlarında 13, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi yanvarın 4-ü gecə saatlarından tədricən zəifləyəcək. Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək”.

 

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33