Külli miqdarda oğurluqda təqsirləndirilən şəxslər azadlıqdan məhrum edildi – MƏHKƏMƏ QƏRARI

25/01/2023 - 22:57

Külli miqdarda oğurluqda təqsirləndirilən Bakı şəhər sakini 44 yaşlı Babək Səmədov və Ağdam rayon sakini 31 yaşlı Tacir Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qafqaz.media Haqqın.az-a istinadən xəbər verir ki, məkum cinayətin təşəbbüskarı B.Səmədov olub. O, Yasamal rayonunda əvvəllər təmir işləri apardığı evi qarət etmək qərarına gəlib. Elə bu zaman da evdə seyf olduğunu görüb. Oğurluq planı hazırlayan Səmədov cinayət ortağı Tacir Muradovu da bu işə cəlb edib.

Onla bir müddət evi kənardan müşahidə ediblər. Ötən il iyunun 30-da isə evə soxulublar. Oğrular seyfi tapdıqdan sonra onu kəsərək oradan 4000 dollar, həmçinin 439 min manat dəyərində qızıl və qızıl-zinət əşyaları aşkar ediblər.

Məhkəmədə Səmədov və Muradov cinayəti maddi sıxıntıya görə törətdiklərini, hər ikisinin banklara borcu olduğunu bildiriblər.

Zərərçəkmiş E.Nadirov bildirib ki, oğurluq hadisəsindən yalnız yayda valideynləri ilə birlikdə yaşadığı bağdan qayıdandan sonra xəbər tutub. O qeyd edib ki, ona dəymiş ziyan ödənilib və cavabdehlərə qarşı heç bir iddiası yoxdur.

Tacir Muradov və Babək Səmədov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qafqaz.media