Livanda İsrailin hücumları nəticəsində 100-dən çox səhiyyə işçisi həlak olub

11/10/2024 - 07:34

İsrailin zərbələri nəticəsində Livanda 100-dən çox səhiyyə işçisi həlak olub. APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin tibbi xidmətlər departamentinin direktoru, doktor Cozef El-Helu açıqlama verib. “Livan Səhiyyə Nazirliyi vəziyyətə nəzarət edir. Cənubda üç dövlət xəstəxanası və bir özəl xəstəxana atışmalara görə fəaliyyətini dayandırıb. Həkimlər fasiləsiz işləyirlər”, - deyə o bildirib. Onun sözlərinə görə oktyabrın 9-na olan məlumata görə, İsrailin zərbələri başlayandan bəri ölənlərin sayı 2141 nəfərə çatıb. İsrail ordusu isə mülki insanları hədəf almadığını və hücumların “Hizbullah”ın hədəflərinə yönəldiyini iddia edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15