Mehriban Ələkbərzadə MDB PA-nın Çingiz Aytmatov adına mükafatının laureatı olub

13/07/2024 - 14:06

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar İncəsənət Xadimi, yazıçı-jurnalist, rejissor Mehriban Ələkbərzadə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatının laureatı olub.  Qafqaz.Media xəbər verir ki, onun namizədliyi MDB PA-nın Mədəniyyət, İnformasiya, Turizm və İdman Daimi Komissiyası tərəfindən təklif olunub. Komissiyanın sədri, Özbəkistan Ali Məclisinin deputatı Erkin Zahidov onun tərcümeyi-halı haqqında daha ətraflı danışıb. Qeyd edək ki, Çingiz Aytmatov Mükafatı hər il mədəniyyət, təhsil sahəsində xidmətlərinə, humanitar elmlər, ədəbiyyat və incəsənətin inkişafına verdiyi töhfəyə, mədəni irsin öyrənilməsinə və qorunub saxlanmasına, mədəniyyətlərin, xalqların və millətlərin yaxınlaşması və qarşılıqlı zənginləşməsinə görə verilir. Bu, ilk dəfədir ki, qadına verilir. Mükafat 2012-ci ilin noyabrında MDB Hökumətlərarası Parlamentinin qərarı ilə təsis edilib.

Fuad BILƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49