Metan qazının yayılmasının qarşısının alınması təşəbbüsünə 160 ölkə qoşulub

19/11/2024 - 13:44

"Biz iqlim dəyişikliyi sayəsində dayanıqlılığı təmin etməklə xüsusilə də metan qazının yayılmasının qarşısının alınması istiqamətində bütün imkanlardan istifadə etməyə çalışırıq". APA xəbər verir ki, bunu COP29 Prezidentliyinin mətbuat konfransında COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib. O deyib ki, bundan öncə keçirilən iqlim sammitlərində bu istiqamətdə müəyyən nəticələr əldə olunub. Y. Rəfiyevin sözlərinə görə, hazırda Azərbaycan da daxil olmaqla, 160 ölkə bu zərərli qazın yayılmasının qarşısının alınması təşəbbüsünə qoşulub: "Bu öhdəliyin icrası üçün biz metan tullantılarının yayılmasına rəvac verən bütün mənbələri diqqətlə nəzərdən keçirməliyik. Hazırda SOCAR da daxil olmaqla, 50 şirkət neft və qazın dekarbonizasiyası üzrə təşəhhüsə qoşulub. Onu da diqqətə çatdırım ki, 2022-ci ildə qida tullantıları atmosferə buraxılan istixana qazlarının 110 faiz təşkil edib. Bu günə olan məlumata görə 30-dan çox ölkə artıq metan qazı tullantılarının məhdudlaşdırılması haqqında bəyannaməyə qoşulduğunu elan edib. Onların arasında bu növ tullantıların atılması həcminə görə ilk 10 ölkə sırasında yer alan dövlətlər var. Bu sənəd cari ildə bu sahədə görülə biləcək daha geniş spektrli tədbirləri müəyyən edir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20
Pinqvin ilk dəfə Avstraliyada
19/11/2024 - 09:16
Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03