Mixail Saakaşvili sabahkı məhkəmə prosesində iştirak etməyəcək – ANASINDAN AÇIQLAMA

28/12/2022 - 17:01

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya bildirib ki, Mixail Saakaşvili sabahkı məhkəmə prosesində distant qaydada da iştirak etməyəcək.

Qafqaz.media xəbər verir ki, Alasaniya oğlunu “Vivamed” klinikasında ziyarət etdikdən sonra jurnalistlərə açıqlama verib: "Məhkəmənin nəticəsi ədalətli olacaqsa, o zaman şahidlərin və toksikoloq David Smitin dirindirilməsi ilə başa çatmalıdır”.

Giuli Alasaniya deyib ki, Ukrayna konsulu da prosesdə iştirak edəcək: “Ukrayna konsulunun gəlməsi çox yaxşıdır. O, tez-tez gəlmir, amma yaxşı ki, gəlib. Çünki Mixail Saakaşvili Ukrayna vətəndaşıdır və məlum olub ki, ümumiyyətlə, bu şəxsin əsl dostları Ukraynadadır”.

Məlumat üçün bildirək ki, bu gün Ukrayna konsulu “Vivamed” klinikasında Mixail Saakaşviliyə baş çəkib. O, jurnalistlərə şərh verməyib.

Qafqaz.media