Mixail Saakaşvilinin məhkəməsi təxirə salındı - SABİQ PREZİDENT NÖVBƏTİ PROSESDƏ İŞTİRAK EDƏCƏK

09/12/2022 - 14:22

Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə məhkəmə dekabrın 14-ü saat 11:00-a təxirə salınıb.

Qafqaz.media xəbər verir ki, bu gün saat 13:00-da Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə Mixail Saakaşvilinin özü iştirak etməyib.

Prosesdə hakim Giorgi Arevadze “Vivamed” klinikasından daxil olan məktubu oxuyub. Məktuba əsasən, həkim Mixail Saakaşvilinin səhhəti ilə əlaqədar məhkəməyə aparılmasını məqsədəuyğun hesab etməyib.

Gürcüstanın “Birinci Kanal”ının jurnalistinin sözlərinə görə, proses Saakaşvilinin klinikadan vizual qaydada məhkəmədə iştirakını təmin etmək üçün təxirə salınıb.

Vəkillər Gürcüstanın keçmiş prezidentinin cəzasının təxirə salınması ilə bağlı vəsatət qaldırıblar.

Məhkəmə islasına paralel olaraq müxalifət partiyalarının nümayəndələri və Saakaşvilinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsinin binası yaxınlığında toplaşıblar.

Qafqaz.media