Molla rejimi 500 nəfərə yaxın insanın həyatına son qoyub - ETİRAZLARDA ÖLƏNLƏRİN 64 NƏFƏRİ AZYAŞLIDIR

12/12/2022 - 08:54

İranda etirazlarda 488 nəfər həlak olub.

Qafqaz.media xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 259 nəfər həbs olunub. Onlardan 3 784 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 625 nəfər tələbədir. Nümayişlərə 143 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 62 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ