Molla rejimi xalqı əzmək üçün küçələrə tökdüyü muzdlulara saat hesabı pul verir
İran hökuməti xalqı əzmək üçün küçələrə tökdüyü muzdlulara saat hesabı pul verir.
Qafqaz.media xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb:
“Muzdluların etirafı:
"Saatına 300 tümən pul alıram, insanları döyürəm".
- Elə həmin gün hesabınıza yüklənir?
- Bəli
- Gördün ku, hökumət devrilir, onda tapançanı verərsən xalqa.
-Sizə tapançanı şəxsiyyət vəsiqənizi alandan sonra verirlər ya elə belə?
-Hamıdan şəxsiyət vəsiqəsini alırlar, amma, məndən yox.
-Dayılarınıza görə? Təkcə vəsiqəyə görə? İndi mən gedib Bəsic qüvvələrinə üzv olsam və nəqliyyat vasitəsi götürsəm, işimin saatı 300 tümən olacaq?
-Sizə verməzlər!
-Niyə?
-Mən 6 ay təlim almışam.
-Əli, bu qədər pulu yemək olmaz, saatı 300 tümən... Bu qədər pulu neynirsiniz? Balışın içinə yığırsınız?
-Gündəlik tələbatımıza xərcləyirik. Boş vaxtlarımızda gedirik.
-Siz hamınız bir yerdəsiniz, Əli?
-Xalqı döymək pulunu deyirsiniz?
-İndi niyə gəlməyiblər səni çağırmağa?
-Biz camaatı döydükləri yerə getmirik. Biz sadəcə motosikletlərlə küçələrə çıxıb insanları qorxutmaq üçün dövrə vururuq".
Qafqaz.media