Müharibədən 1 ay əvvəl prezidentlə görüşüb, gələcək fəlakətlər haqda xəbərdar etdilər… - PUTİNİN RUS TEXNOKRATLARLA SİRLİ GÖRÜŞÜNÜN GİZLİNLƏRİ ORTAYA ÇIXDI

17/12/2022 - 11:16

““Sberbank”ın rəhbəri German Qref və Mərkəzi Bankın sədri Elvira Nabiullina Rusiya prezidenti Vladimir Putini müharibədən çəkindirməyə çalışıblar”.

Qafqaz.media xəbər verir ki, bu barədə “Financial Times” qəzeti öz mənbələrinə istinadən yazır.

İddia olunur ki, Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləyə başlamazdan bir ay əvvəl Putinin iqtisadi cəhətdən etibarlı adamları onun Novo-Oqaryovodakı iqamətgahına baş çəkib və Qərb sanksiyalarının mümkün nəticələri barədə məlumat veriblər.

Rusiyanın neft aslılığından qurtulması üçün...” - German Qref

German Qref

Onların sözlərinə görə, Qref 39 səhifəlik təqdimatla çıxış edərək, Rusiya prezidentinə Ukrayna ətrafında artıq kulminasiya nöqtəsinə çatmış gərginlik daha da artacağı təqdirdə baş verə biləcək fəlakətli nəticələr barədə xəbərdarlıq edib.

Nəşr Qrefi 1990-cı illərdə Sankt-Peterburq meriyasında işlədiyi vaxtdan Putinin yaxın müttəfiqi adlandırır. Hansı ki, o zaman “Sberbank”-ın gələcək rəhbəri Putinin geniş çevrəsinin ən liberal üzvü kimi reputasiyaya malik idi.

“Financial Times” yazır ki, həmin vaxt Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və başqaları Qrefin narahatçılığını bölüşüb və təqdimatın hazırlanmasına da kömək ediblər. Təqdimatda xəbərdarlıq edilib ki, Ukraynaya qarşı savaş maliyyə bazarlarında çaxnaşma yarada və Rusiya iqtisadiyyatını onilliklərlə geriyə ata bilər.

Vladimir Putin və Elvira Nabiullina

Məqalədə deyilir ki, Gref mümkün nəticələrdən danışarkən Putin onun sözünü kəsərək, Rusiyanın sanksiyaların ən pisindən qaçmaq üçün nə etməli olduğunu soruşub. Lakin o zaman Putini hərbi eskalasiyadan çəkindirməyə çalışan texnokratların bu suala dəqiq cavabları olmayıb və onlar Rusiya prezidentinə ölkənin geosiyasi fəlakətlə üz-üzə qalacağını söyləməyə cəsarət edə bilməyiblər. Bu səbədən də, Putinin dəqiq nə planlaşdırdığını və onların mesajını nəzərə alıb-almayacağını bilmədən görüşü tərk ediblər.

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirdi

"Onlar görüş tələb edəcək qədər cəsarətli idilər. Amma mesajlarını çatdıra bilmədilər", - qəzetin mənbələrindən biri bildirib.

Bildirilir ki, Putinin xəbərdarlıqlara məhəl qoymaması texnokratları darmadağın edib. Müharibənin ilk günlərində Qrefi görən bir adam "Mən onu heç vaxt belə görməmişdim. O, tamamilə şok vəziyyətində idi", deyib.

Qafqaz.media