Nахçıvаn Bеynəlхаlq Hаvа Limаnında xüsusi təlim keçirilib

26/10/2024 - 10:47

Nахçıvаn Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Naxçıvan Beynəlxalq Hava Limanının birgə təşkilatçılığı ilə “Nахçıvаn Bеynəlхаlq Hаvа Limanında fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə komandalarının və Nazirliyin struktur qurumlarının koordinasiyasının təşkili” mövsuzunda təlim keçirilib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, təlim hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub. Təlimə Naxçıvan Beynəlxalq Hava Limanının xüsusi avadanlıqlarla təchiz ediən yanğınsöndürmə və xilasetmə qrupları, tibbi personalı və Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayı, Xüsusi Riskli Xilasetmə Xidməti, Naxçıvan şəhər və Babək rayon Yanğından Mühafizə hissələrindən müvafiq qüvvələr cəlb olunub. Ssenariyə əsasən, hаvа gəmisinin sərnişin terminalında baş verən yanğınla əlaqədar Nахçıvаn Bеynəlхаlq Hаvа Limаnına qəza enişi etməsi barədə məlumat daxil olub. Bununla əlaqədar, dərhal əməliyyat simulyasiyası həyata keçirilib, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılıb. Bundan əlavə, təlimdə aviasiya qəzası zamanı fövqəladə vəziyyətin aradan qaldırılması, yanğının söndürülməsi və hava gəmisindən sərnişinlərin təhlükəsiz şəkildə təxliyə olunması üzrə xüsusi əməliyyatlar da icra edilib. Simulyasiyalarda bütün tapşırıqlar peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlərə nail olunub. Keçirilən təlimə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyindən ümumilikdə 200-dən artıq şəxsi heyət, 20-dən artıq xüsusi təyinatlı texnikanın cəlb olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37