Naxçıvan Dövlət Gömrük Komitəsi LƏĞV EDİLDİ - PREZİDENTDƏN FƏRMAN

28/11/2022 - 15:26

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Qafqaz.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Dövlət Gömrük Komitəsi kollegiyasının üzvü olacaq.