Naxçıvanda qəza baş verib, xəsarət alan var

05/07/2024 - 02:29

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb. APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Nağı Əliyev küçəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Babək rayon Yarımca kənd sakini, 1991-ci il təvəllüdlü Mehdiyev Elmixan Füzuli oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ