NAXÇIVANDA ŞOK MAXİNASİYALAR ÜZƏ ÇIXDI – Talibovun ailə şirkətləri qaçaqmalçılıqla məşğul olub / DETALLAR

25/11/2022 - 12:36

Dövlət Təhlükəsizliyi Xidməti (DTA) Naxçıvanda aparılan yoxlamalar zamanı Talıbovlar ailəsinə məxsus olduğu bildirilən “Gəmiqaya” və “Cahan” holdinqlərinin qaçaqmalçılıqla məşğul olduğunu müəyyən edib. Hansı ki, “Cahan Holding” bir neçə ay əvvəl bir neçə şirkətə bölünüb.

Dövlət Təhlükəsizliyi Xidməti Türkiyə hökuməti ilə əməkdaşlıq nəticəsində ortaya çıxardığı faktları açıqlayıb. Məlum olub ki, DTX tərəfindən Türkiyənin “Dilucu” gömrük orqanına sorğu göndərilib və oradan ötən il Naxçıvana daxil olan malların siyahısı alınıb. Türkiyədən keçən bu malların heç birinin Naxçıvanda qeydiyyata alınmadığı məlum olub.

Qeydiyyatdan keçməyən məhsulların əksəriyyəti “Cahan” və “Gəmiqaya” şirkətlərində istehsal olunan xammallardır. Məsələn, pəncərə və qapı fabriki üçün plastik xammal.

Araşdırmalar nəticəsində ortaya çıxıb ki, söhbət yüz milyonlarla manat dövlət vəsaitinin mınimsənilməsindən gedir. Hansı ki, bu mallara görə heç bir rüsum ödənilməyib.

Qeyd edək ki, məsələdə Naxçıvan Gömrük Komitəsinin sədri və müavininin də əli var və artıq hər ikisi həbs edilib.

Xatırladaq ki, bu həftənin əvvəlindən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində on nəfərə yaxın şəxs saxlanılıb.

Qafqaz.media

*** 

10:36

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.

Qafqaz.media xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.

Qafqaz.media