Nazir: İxtisas hazırlıqlarında yaşıl səriştələr nəzərə alınmalıdır, bu istiqamətdə işləri davam etdirəcəyik

12/11/2024 - 15:07

İxtisas hazırlıqlarında "yaşıl" səriştələr nəzərə alınmalıdır və biz bununla bağlı işlərimizi davam etdirəcəyik. APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həm ətraf-mühit təhsili, həm də ətraf-mühitlə bağlı olan ixtisaslar “yaşıl" peşələr məsələsidir: "Yaşıl peşə"lər dəyəndə, bəzən sual verirlər ki, təzə ixtisaslar açılacaq? Xeyr. Ətraf-mühit məsələsi mühəndislik turizm, mədən işi, müəllimlik kimi digər ixtisasların içində olmalıdır”. Nazir xatırladıb ki, Azərbaycanın təhsil məzmununda "Həyat bilgisi" dərsində və s. yaşıl təhsillə bağlı müəyyən məqamlar var: “Daha qlobal məqamda danışsaq, mütləq iki məsələni qeyd etməyim yerinə düşər. Biri, bilirsiniz ki, noyabrın 18-i COP29 çərçivəsində keçiriləcək "Ətraf-mühit savadlılığı çərçivəsi"nin hazırlanmasıdır. Bu, Azərbaycanın UNESCO və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının birgə təşəbbüsü ilə hazırlanıb”. “Nəinki Azərbaycanda, hələ heç dünyada ətraf-mühit təhsilinin və ya savadlılığının ölçmə çərçivəsi yoxdur. Bu hazırlanır və mən inanıram ki, 2029-cu ildə bütün ölkələr buna qoşulacaq və biz burda kifayət qədər ciddi nəticələr görəcəyik", - deyə nazir vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21