“Netanyahu tezliklə hakimiyyətdən gedəcək” - ƏRDOĞAN

22/11/2023 - 15:37

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıtdıqdan sonra Qəzzədəki vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırıb. O, Fələstin münaqişəsinin həllində Qərb ölkələrinin fəal rolunun olmamasından məyus olduğunu ifadə edib.

Prezident qeyd edib ki, əksər Avropa ölkələri susur və zorakılığın dayandırılması üçün addımlar atmır. Onun sözlərinə görə, bu məsələdə yalnız İspaniya müsbət dinamika nümayiş etdirir və o, qarşıdakı görüşdə İspaniyanın baş naziri Pedro Sançeslə Qəzzadakı müharibəni müzakirə etməyi planlaşdırır.

Ərdoğan, həmçinin, İslam dünyasını birlik və həmrəyliyə çağırıb. Türkiyə lideri bildirib ki, Qəzzadakı vəziyyət təkcə regionda sülhü təhdid etmir, həm də “İslam dünyasının birliyinə xələl gətirir”.

“İslam dünyası Ər-Riyadda göstərilən birlik və həmrəylik ruhunda hərəkət etməli, bir yumruq kimi qəbul edilən qərarlara əməl etməlidir. Bu yumruq bütün gücü ilə masaya dəyəndə, İsrail işğalını və vəhşiliyini davam etdirə bilməyəcək”, - Türkiyə prezidenti qeyd edib.

Türkiyə lideri beynəlxalq ictimaiyyətin də İsrailə münasibətinin dəyişdiyinə əminliyini ifadə edərək, Almaniya, Böyük Britaniya, ABŞ, Fransa və Latın Amerikası da daxil olmaqla müxtəlif ölkələrdən Fələstinə dəstəyin artmasını nümunə göstərib.

Ərdoğan qeyd edib ki, bir çox ölkələrdə ictimai narazılıq İsrail əməliyyatına cavab olaraq güclənib və onun sözlərinə görə, bunun nəticəsində hətta İsrail küçələrində İsrailin baş naziri Benyamin Netanyahunun istefası tələbləri başlayıb. Türkiyə prezidenti Netanyahunun hüquqi problemlərini nəzərə alaraq tezliklə siyasi arenadan getməsini təklif edib.

"Ümid edirəm ki, Netanyahu tezliklə əşyalarını yığıb gedəcək", - Ərdoğan deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33