NİKAHDANKƏNAR CİNSİ ƏLAQƏ QADAĞAN EDİLDİ… - Zina edənlər 1 il müddətinə həbs olunacaq

06/12/2022 - 13:29

İndoneziya parlamenti nikahdankənar cinsi əlaqəni və zinanı cinayət hesab edən qanunu qəbul edib.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, nikahdankənar cinsi əlaqədə olanlar bir müddətinə həbs oluna bilər.

Bundan əlavə, abort da qanunsuz olur.

Üstəlik, hazırkı prezidenti və vitse-prezidenti, dövlət qurumlarını və ya milli ideologiyanı təhqir etmək qadağası yenidən tətbiq edilir.

İndoneziya parlamenti terrorizmlə mübarizə haqqında yeni qanun qəbul edib - AZƏRTAC

Qeyd edək ki, ölkədə qanunvericiliyə edilən dəyişiklik mübahisə doğurur. İnsan haqları təşkilatları daha əvvəl, layihə müzakirəyə çıxarılarkən, bunu vətəndaş azadlıqlarının məhdudlaşdırılması kimi təqdim ediblər.

“Human Rights Watch” təşkilatının Asiya üzrə direktor müavini Phil Robertson bir müddət əvvəl “Twitter” hesabında "İndoneziya nikahdankənar seksi kriminallaşdırmaqla cinayətkar fəlakət yoluna qədəm qoyub", - deyə açıqlama vermişdi.

Qafqaz.media