"Nəsrullahın yerini İsrailə iranlı agent xəbər verib" - İDDİA

30/09/2024 - 11:29

İsrailin Beyruta hücumu zamanı həlak olan Hizbullah lideri Həsən Nəsrullahın yeri barədə İran agentinin İsrailə məlumat verdiyinə dair iddia yayılıb. "AzPolitika" xəbər verir ki, belə bir iddia ilə Fransanın “Le Parisien” nəşri çıxış edib. Qəzetə danışan təhlükəsizlik mənbəsi bildirib ki, Nəsrullahın yeri sui-qəsddən əvvəl İran agenti tərəfindən təsdiqlənib. Xəbərə görə, İran agenti Nəsrullahın Dahiyədəki Hizbullah qərargahına getməyi planlaşdırdığına dair məlumatı İsrailə çatdırıb. Qeyd olunub ki, o, Hizbullah liderinin Dahiyəyə nə vaxt çatacağı məlumatını da İsrail rəsmiləri ilə bölüşüb. Fransa nəşri yazır ki, F-35 döyüş təyyarələri Nəsrullah sözügedən yerə çatana qədər Livanın hava məkanında saxlanılıb və lazımi anda hərəkətə keçərək həmin nöqtəyə zərbələr endiriblər.

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02