“O, çoxdan Rusiyaya sədaqət nümayiş etdirib” - Snoudenin Rusiya vətəndaşlığı almasına ABŞ-dan REAKSİYA

03/12/2022 - 11:05

Birləşmiş Ştatlar hesab edir ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş analitiki Edvard Snouden artıq Rusiyanın dəyərlərinə sadiqdir.

Qafqaz.media xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib.

“Biz Edvard Snoudenin Rusiya vətəndaşlığını alması ilə bağlı məlumatlardan xəbərdarıq. Təbii ki, bunun olub-olmadığını indi təsdiqləyə bilmərik. Yeganə təsdiqlədiyimiz odur ki, cənab Snouden çoxdan Rusiyaya sədaqət nümayiş etdirib”, – Prays bildirib.

Qafqaz.media